QS/QA manager
İş haqqında
- Tikinti –quraşdırma sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
Fərdi fəaliyyət planı tərtib etmək;
Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq tikinti işlərinin keyfiyyəti ilə bağlı məsələlərdə şirkətin dizaynerlərinə (memar və mühəndislər) yardım etmək;
Prosedurlar KZ və KN üzrə Mütəxəssislər tərəfindən tətbiq edilir lakin bu prosesin yoxlanması və nəzarəti KZ və KN üzrə Menecer tərəfindən həyata keçirilir.
Tələblər
• Mövcud sahə üzrə ən azı 5-7 il iş təcrübəsi;
• İnşaat sahəsində Ali təhsil;
• Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı, AutoCad proqramında işləmək bacarığı;
• Xarici dil bilikləri (rus və ingilis) olan namizədlərə üstünlük veriləcək;
• Yaş: 30 – 55;
İş rejimi:
- Bazar ertəsi – Cümə: 8:00 - 17:00
- Şənbə: 80:00 -17:0
- Əmək haqqı razılaşma yolu ilə
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
İş yeri Sumqayıt dairəsində yerləşir.
Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Keyfiyyətə nəzarətvə zəmanət üzrə mütəxəssis” yazmaqla öz CV-ləri qeyd olunan ünvanına göndərə bilərlər.
E - mail : [email protected]