Bağçada İngilis dili müəlliməsi

  • Uşaq bağçası
  • Elanın qoyulma tarixi: 03.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bağçada İngilis dili müəlliməsi

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sistemi və zəngin təcrübəli kollektivi ilə birlikdə yeni fəaliyyətə başlamış uşaq bağçasına “İngilis dili üzrə müəllimə” axtarılır.

Karyeranıza peşəkar iş mühitində səmimi və mehriban kollektivlə birgə davam etdirmək istəyirsinizsə, müraciət edin.

Vəzifə öhdəlikləri:

- Bağçanın ingilis dili tədris keyfiyyətini idarə etmək;
- Gündəlik olaraq ingilis dili üzrə tədris proqramının düzgün və vaxtında tətbiq olunmasına nəzarət etmək;
- Məktəbəqədər təhsil üzrə tədris metodlarını tətbiq etmə bacarığı;
- Uşaq psixologiyasını bilmək;
- Uşaq psixologiyası ilə bağlı təlim – tədris metodlarını bilmək və təşkil etmək;
- Valideyn bağça ünsiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
- Mütəmadi olaraq rəhbərliyə proqramın gedişatı ilə bağlı məlumat və hesabat vermək;

Tələblər:

- Məktəbəqədər, ibtidai sinif müəllimliyi, ingilis dili müəllimliyi və ya psixologiya üzrə ali təhsil;
- Müvafiq sahədə təcrübəli;
- Səlis Azərbaycan və İngilis dili, Rus dili bilgisi arzuolunandır;
- MS Office proqramlarında işləmək qabiliyyəti;
- Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı, dinləmə qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- Stressə dözümlülük, kriz zamanı idarəetmə və səbirli olmaq qabiliyyəti;

İş yeri: Bağça, Bakı şəhəri, Xətai rayonu
Nahar: Şirkət tərəfindən təmin edilir
Son müraciət tarixi: 4.11.2019
Əmək haqqı: Məlumat müsahibə zamanı veriləcək
E-mail: [email protected]