Company
Vakansiya: Hüquqşünas
Namizədə dair tələblər:
∙ 20-27 yaşlı oğlan,
∙ Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsinə malik olmaq,
∙ 1 illik iş təcrübəsinə malik olmaq,
∙ Azərbaycan, ingilis, rus dillərini bilmək (yazı və danışıq),
∙ Kompyuter (Internet, Word, Excel) biliklərinə malik olmaq,
∙ Ünsiyyətçil, əməksevər, dəqiq, punktual, geniş dünya görüşlü, komandada işləmək bacarığına və prezentabelli xarici görünüşə malik olmalıdır,
∙ Xarici ölkələrə səfər etməyə hazır olmalıdır.
İşçinin vəzifələri:
∙ Təşkilatın fəaliyyətinə dair bütün hüquqi sənədlərin, aktların, qərarların, protokolların hazırlanması,
∙ Yerli və xarici şirkətlər arasında müqavilələrin hazırlanması, Azərbaycan, rus, ingilis dillərində olan müqavilələrin ekspertizası, onlara müvafiq qeydlərin, dəyişikliklərin edilməsi və rəy bildirilməsi.
∙ Məhkəmə, icra hakimiyyəti, bələdiyyə orqanları, ictimai təşkilatlar, hüquqi şəxslər və digər üçüncü şəxslər qarşısında təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi, rəsmi yazışmaların həyata keçirilməsi,
∙ Rəhbərlik tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi, rəhbərliyə hüquqi məsləhətlərin verilməsi.
Əmək şəraiti:
∙ İş vaxtı: Bazar ertəsi-Cümə, saat 9:00-dan 18-00-dək, nahar fasiləsi 13:00-dan 14:00-dək,
∙ Əmək haqqı 500 AZN.
E-mail: [email protected]
Əlaqə nömrəsi: 050 728 77 41