Təchizat üzrə mütəxəssis

  • İD Agropark
  • Elanın qoyulma tarixi: 02.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC  “Təchizat üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Bakı şəhəri

Vəzifə və öhdəliklər:

• Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
• Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, təklif sorğularının keçirilməsini təşkil etmək;
• Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalınması üzrə tenderlərin elan olunmasını, tender prosesinin idarəolunmasını  təşkil etmək, tender təkliflərini təhlil etmək, sərfəli qiymət və kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Şirkətin mebel, ofis texnikası, kargüzarlıq ləvazimatları, kompüter, ofis və kənd təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
• Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.

Tələb olunan bacarıqlar:

• Ali təhsil;
• Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• Satınalma prosesləri və ümumi prinsipləri anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
• MS Office proqramları;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] electron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Təchizat üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.