Baş Həkim

İşin təsviri

Biz “Suraxanı Tibbi Bərpa Mərkəzi” olaraq tərəfimizdən Baş Həkim vakansiyası üzrə elanı sizinlə böyük məmnuniyyətlə paylaşmaq istərdik!

Vəzifə:  Baş Həkim
Şöbə: Tibb
Tabeçilik: Direktor
İşəgötürən: “Suraxanı Tibbi Bərpa MMC”
Ünvan: 12 Səttar Bəhlulzadə küçəsi, Əmircan, Bakı

Tələb olunan ixtisas və təcrübə

 Ali tibbi təhsil
 ACLS, ATLS/PHTLS, BAT təlim sertifikatlarının olması arzu olunandır
 Minimum 5 illik həkim idarəedici kimi təcrübə
 Azərbaycan və Rus dilləri – Əla, İngilis dili yaxşı səviyyədə və digər xarici dil biliyi arzuolunandır.
 Yüksək səviyyədə MS office proqramları ( Word, Excel, Outlook, Power Point, Publisher vəs )

Vəzifə öhdəlikləri:

 Tibbi Bərpa Mərkəzinin səhiyyə şöbəsinin fəaliyyətini tənzimləyən müvafiq qanunvericiliyə əsasən idarəetməsini həyata keçirir.
 Qonaqlara keyfiyyətli və vaxtı-vaxtında tibbi xidmətin göstərilməsinə dair şöbənin işini təşkil edir
 Sanatoriyanın müalicə fəaliyyətinin təşkilini təmin edir.
 Hər il xarici ölkələrdə təşkil olunan sərgilərdə və konfranslarda istirak etməklə və “Suraxanı Tibbi Bərpa Mərkəzi”ni təmsil etmək.
 Sanatoriyamıza xarici qonaqların çəlb olunmasına təkliflər irəli sürmək.
 Müaliçə həkimləri tərəfindən hər hansı müaliçənin təyinatı zamanı göstəriş və əks göstərişlərə nəzarəti bir başa həyata keçirtmək.
 Alternativ müalicə olunan xəstələrin gündəlik olaraq mualicəsini təqib etmək.
 Daxili iş qrafikinin qaydalarının tələblərinin yerinə yetirilməsinə, təhlükəsizlik qaydaları və əmək müdafiəsinə riayət edilməsinə, avadanlıq və mexanizmlərin düzgün istismarına  nəzarət etmək
 Müəssisədə müayinə və müalicənin keyfiyyətinə sistematik nəzarət edir.
 Şöbələrin, müalicə otaqların, laboratoriyanın planlı şəkildə yoxlanılmasını və daha sonra nəticələri ümumi iclasda müzakirə edilməsini həyata keçirir.
 Aparılan müayinə-müalicə tədbirlərinin effektivliyinin qiymətləndirmək
 Tibbi sənədləşmənin düzgün və vaxtında doldurulması, təyinatların doğru və mütəmadi olaraq yerinə yetirilməsinə dair  daimi yoxlanışların aparılması.
 Statistik hesabatın düzgün təşkilini və təyin olunmuş vaxtda müvafiq məlumatların (ayliq, rüblük və illik) təqdim edilməsini təmin edir.
 Müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparır, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
 Kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və baş həkim olaraq işçilərin fəaliyyətini dəyərləndirmək
 Müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib edərək təsdiqləmək
 İşçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə və daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, tədbirlər görmək
 Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
 Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
 Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək..
 Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
 Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
 Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

İşə müraciət üçün electron poçt ünvanımız: [email protected]
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə Vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Son müraciət tarixi: 30 Oktyabr 2019