Baş mühasib

İşin təsviri

İşəgötürən:  “Vuqma-qida məhsulları” MMC
Vəzifə: Baş mühasib
Əmək haqqı:  1.500-1.800  AZN

İşin təsviri:

-  Vergi və mühasibat uçotunun aparılması
-  Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
-  Bütün növ hesabatların (xüsusi ilə Mənfəət bəyannaməsi) hazırlanması və aidiyyəti orqanlaraVergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
-  Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq  
   yazışmaların aparılması
-  Bank əməliyyatlarının həyata keçirilməsi
-  Əmək haqqı, məzuniyyətlərin hesablanması
-  Əməliyytaların 1C  8.3. (rus) proqramına işlənməsi .

Tələblər:

- Yaş həddi: 30-40 yaş
- Maliyyə istiqamətində ali təhsil
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili   normativ sənədlər, İş vaxtının uçotu
- Maliyyə büdcəsinin hazırlanma qaydaları
- Maya dəyərinin hesablanması qaydaları
- Avans hesablarının təlimatı
- Şirkətin uçot siyasəti
- MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır
- ACCA sertifikatı olanlara üstünlük veriləcək

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  09:00  - 18:00
- Şənbə : 09.00  – 13.00
- İş yeri: Kürdəxanı
- Servis və nahar şirkət hesabına

Maraqlanan  namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla CV-lərini [email protected]  ünvanına göndərə bilərlər.