Korporativ satış üzrə mütəxəssis

  • AsFil MMC
  • Elanın qoyulma tarixi: 22.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Asfil MMC- Türkiyənin ASAŞ, Amerikanın Fleetguard və Donaldson filterlərinin Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsası 2003-ci ildə qoyulmuşdur və uğurlu fəaliyyəti diqqət mərkəzindədir.

Vəzifə: Korporativ satış üzrə mütəxəssis

İşin təsviri:

Satışların artırılması və  rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinə çatmaq;
Satış strategiyasının hazırlanması və icrasına nəzarət;
Yeni müştərilərin cəlb olunması və onlarla işləmə bacarığı
Satış, gəlir və xərc hesabatları rəhbərliyə təqdim etmək;
Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması və buna uyğun məhsul və qiymət strategiyası tətbiq etmək, korporativ satış planının tərtib edilməsi;

Namizadə dair tələblər:

Ali təhsil (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Texniki Universitetinin məzunlarına üstünlük veriləcək);
İş təcrübəsi 3-5 il avtomobil və texnika sektorunda;
B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili-əla  Rus dili-əla ;İnglis dili-(arzuolunandır)
Biznesin anlaşılması və sektoru təhlil etmək bacarığı;
Qoyulmuş plan və məqsədlərə nail olmaq bacarığı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və hədəf yönlü olmalı

İş şəraiti:

Həftədə içi 5 iş günü, şənbə günü (qısaldılmış);
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Nəqliyyat şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı: 700-1000+satışdan bonus

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.