İqtisadci (Smetaçı) mühəndis

  • Elanın qoyulma tarixi: 18.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Baku Engineering” MMC İqtisadci (Smetaçı) mühəndis vakansıyasını elan edir.

İşin təsviri:

• Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun normativ sənədlərin, smetaların hazırlanması və ya dəyişiklik zamanı onlara düzəlişlərin edilməsi;
• Tikinti quraşdırma, Rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, inventar ,maşın-mexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədlərini hazırlamaq;
• Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
• Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının hazırlanması;
• Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması; bazar qiymətlərinə uyğunluğunun yoxlanılması
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihə barəsində aylıq texniki hesabatların verilməsi.Tələb olunan hesabatların hazırlanması (Vəzifələr sənədi, Layihə məlumatları, Layihəyə nəzarət, Layihə resursları, Layihə planı);
• Ümumi layihələrə aid sənədlərin tərtib edilməsi ( Forma 2, Smeta və.s).

Namizədə tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
• Microsoft Office, Autocad proqramlarında işləmə bacarığı;
• Azərbaycan və Rus dilləri.

Digər şərtlər:

• İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək;
• AR əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi;

Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi [email protected] ünvanına mövzu yerində “ İqtisadci (Smetaçı) mühəndis” yazaraq göndərə bilərlərsiniz.