Elektrik təchizatı üzrə Layihəci-mühəndis

İşin təsviri

“Baku Engineering” MMC Elektrik təchizatı üzrə Layihəci-mühəndis vakansıyasını elan edir.

İşin təsviri:

• Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
• Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
• İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək;
• Tələb olunan hesabatların hazırlanması (Vəzifələr sənədi, Layihə məlumatları, Layihəyə nəzarət, Layihə resursları, Layihə planı);
• Ümumi layihələrə aid sənədlərin tərtib edilməsi ( Forma 2, Smeta və.s).

Namizədə tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
• Microsoft Office, Autocad proqramlarında işləmə bacarığı;
• Azərbaycan və Rus dilləri.

Digər şərtlər:

• İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək;
• AR əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi;

Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi [email protected] ünvanına mövzu yerində “ Elektrik təchizatı üzrə Layihəci-mühəndis” yazaraq göndərə bilərlərsiniz.