Product&Training Manager

  • Bioderma
  • Elanın qoyulma tarixi: 12.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hakkımızda

Baş ofisi Fransanın Lyon şəhərində yerləşən BIODERMA Dermatoloji Laboratoriyası dermatoloqlar və institusional tədqiqat mərkəzləri (INSERM, CHU, Universitetlər) ilə birlikdə 1977-ci ildən bəri tibbi təlimat və məsləhət üçün məhsullar hazırlayır və təklif edir.

BIODERMA, Fransız dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlərdən biridir. Dünyanın 90-dan çox ölkəsində satılan

BIODERMA, Azərbaycan bazarındakı payını yeni distribyutoru ilə birlikdə dünya bazarına paralel olaraq genişləndirməyə davam edir.

Bioderma Product&Training Manager

Vəzifələr

· Cavabdeh olduğu Aptekləri müntəzəm ziyarət etmək, sifariş almaq və aylıq satış hədəflərini həyata keçirmək,
· Portfelə yeni aptek dilerlərini daxil etmək,
· Apteklərin ehtiyacı olan təlimləri analiz etmək,
· Apteklərdə rəflərin təşkili və məhsulların nümayişlərini hazırlamaq, əlavə nümayiş sahələri yaratmaqla brendin strategiyasını dəstəkləmək,
· Apteklərdə müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
· Aptek daxilində təlimlər təşkil edərək aptekdə çalışan işçilərin təlimi və inkişafını izləmək,
· Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

Tələblər və vəzifələr

· Cavabdeh olduğu məhsulların satışını və bazardakı payını artırma hədəfinə çatmaq üçün lazımi marketinq strategiyaları hazırlayıb, büdcə planlarını yaratması və həyata keçirməsi, ,
· Şirkətin məhsullarının təqdimatı və təlim fəaliyyətlərinin aparılması.
· Marketinq və satış strategiyalarını müəyyənləşdirib reallaşdırma mərhələlərini həyata keçirmək,
· Rəy liderləri ilə əlaqələri inkişaf etdirmək və idarə etmək,
· Ali təhsilli (Tibb / Əczaçılıq / Kimya / Biologiya məzunu),
· Azərbaycan, Rus və Ingilis dillərini mükəmməl, Fransız dili və Türk dilini ən az orta səviyyədə bilən,
· Komanda ilə işləmə bacarığı olan,
· Insanlarla ünsiyyət qura bilən və yüksək inandırıcılıq qabiliyyəti olan,
· Aptek işçilərinə və eczacılara mütəmadi olaraq təqdimat və təlimatlar verə bilən,
· Marketinq fəaliyyəti çərçivəsində firma brendinin təqdimatı, reklam, reklam büdcəsinin təyin olunması və hesabat hazırlama qabiliyyətinə malik, kampaniyaların və yarmarkaların təşkilində təcrübəli,
· Rəqəmsal marketinq sahəsindəki yeniliklərə açıq və işlədiyi sahədə özünü inkişaf etdirmək istəyən,
· Marketinq sahəsində 5 illik təcrübə, aptek və dermokosmetika sektorunda ən az 3 illik təcrübə,
· İnteraktiv kampaniya və sosial media təşviqat sahələrində təcrübəli olmalı,
· Kontent hazırlama bacarığı olan, marketinq dünyasındakı tendensiyaları yaxından izləyən, şirkətini yarmarkalarda, konqreslərdə və müxtəlif tanıtım təşkilatlarında təmsil edə bilən
· Şirkətin reklam agentliyi ilə əlaqələrini təmin edə bilən,
· Ölkə daxilində və xaricə səyahət edə bilən,
· MS Office proqramlarından fəal istifadə edən,
· Kişi namizədlər üçün hərbi xidmətini tamamlayan.

İş şərtləri:

- 5 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Nahar yeməyi
- Yol haqqı

Əmək haqqı : 1000 AZN və əlavə olaraq müvafiq Bonus

Telefon : 0505986267

E - mail : [email protected]