Marketinq üzrə kiçik mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 29.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq üzrə kiçik mütəxəssis

Marketinq sahəsində geniş təcrübəsi olan namizədlər PAŞA Bankın Brend kommunikasiyaları şöbəsində açılmış Marketinq üzrə kiçik mütəxəssis vakansiyasına müraciət edə bilərlər.

Vəzifənin məqsədi:

Marketinq üzrə kiçik mütəxəssis PAŞA Bankın Rəqəmsal Laboratoriyasında yaradılan məhsul və xidmətlərin marketinq kommunikasiyasının həyata keçirilməsini dəstəkləməyə məsuldur.

Vəzifə Öhdəlikləri

 Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstəyin göstərilməsi;
 Brendinq, marketinq və kommunikasiya strategiyasının və aidiyyəti məzmunların hazırlanmasının dəstəklənməsi;
 Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinin dəstəklənməsi;
 Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
 Rəqəmsal laboratoriya üçün marketinq tədbirlərinin idarə edilməsinin dəstəklənməsi;
 Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsinin dəstəklənməsi;
 Sosial media kampaniyalarının hazırlanmasının və sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılmasının dəstəklənməsi;
 PAŞA Bank adından xarici auditoriyaya açıqlanan müvafiq məzmunların redaktə edilməsinin dəstəklənməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə

 Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr dərəcəsi
 İş təcrübəsi: Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi
 Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
 Kompüter bilikləri: MS Office proqramları
 Digər:
o Yüksək biznes etikası, dürüstlük və sadiqlik
o Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
o Ünsiyyət qurma bacarığı, sənəd tərtib etmə bacarığı, məzmunları hazırlamaq bacarığı
o Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
o Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.

İşəgötürənin reytinqi