Satış üzrə Menecer

  • Victoria Studio
  • Elanın qoyulma tarixi: 27.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Victoria Studio Group 15 ildir Azərbaycanda fəaliyyət göstərir.

Bakı şəhəri, Əhməd Rəcəbli 156 ünvanında yerləşir.

Əsas vəzifələr:

• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
• Müştəriyə daha çox məhsul almağa sövq edir.
• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.

Namizədlərə qarşı tələblər:

 25-32 yaş arası xoş görünüşlü xanım namizəd;
 Ali və ya orta texniki təhsil;
 Satış meneceri olaraq mebel və inşaat sektorunda ən azı 1-2 il iş təcrübəsi;
 Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
 Yüksək səviyyəli ünsiyyət bacarıqları;
 Təqdimetmə bacarıqları;
 Dünya görüşü və biliyə həvəs;
 Komandada işləmək bacarığı;
 Çeviklik və tez öyrənmə bacarığı;
 Kompüter bilikləri (MS Office MS Excel bilmesi vacibdir.)

Əmək haqqı 400-500 AZN (namizədlərin dərəcələrinə görə əmək haqqı artırıla bilər)
İş qrafiki həftədə 6 gün saat 9:30 dan 19:30 dək (1 gün istirahət)

E - mail : [email protected]

Victoria Studio tərəfindən digər vakansiyalar