Baş Mühasib

İşin təsviri

Vakansiya: Baş Mühasib (logistika şirkəti)

İş barədə məlumat:

- DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
- Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
- Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
- Maliyyə aktivlərinin idarə olunması
- Rəsmi hesabatların (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim edilməsi
- Vergi risklərinin hesablanması
- Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
- Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
- Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
- Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
- Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi

Tələblər:

• Yalnız bəy namizədlər;
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
• Qeyd edilən sahədə ən az 5 il iş təcrübəsi;
• Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
• 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
• Dil bilikləri: azərbaycan dili - əla, rus dili- əla, ingilis dili - danışıq səviyyəsi;
• Vergi və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilmək (ACCA və digər sertifikatların olması üstünlükdür).

İş qrafiki:

• 5 günlük,
• İstirahət günləri: şənbə və bazar;
Iş yeri: Bakı şəhəri, Marina Plaza.
• Əmək haqqı: 2000-2500 AZN.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində "Baş Mühasib" qeyd etməklə, [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.