Aqronom

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 20.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

BUTA Agro mövsümü və qeyri-mövsümi yüksək keyfiyyətli tərəvəz yetişdirilməsini və çatdırılmasını təmin edən ən son avadanlıqlarla təchiz olunmuş müasir istehsal şirkətidir.2010-cu ildə qurulan şirkət, ştilliklə birgə 12 hektarı əhatə edən istixanaya sahibdir. Sahənin ümumi ölçüsü 400 akrdır.Biz pomidor və şirin bibər üzrə ixtisaslaşmışıq və bizim Tədqiqat və inkişaf şöbəmiz ticarət üçün daha çox məhsul üzərində çalışır.


Tələb olunan təhsil, bilik və xüsusiyyətlər:

• Aqrar biznes və ya aqrar elm və ya digər müvafiq sahə( kənd təsərrüfatı yönümlü) üzrə bakalavr dərəcəsinə üstünlük verilir;
• Pomidor yetişdirilməsi üzrə tezis və ya kurs işinin olması üstün cəhətdir( mütləq deyil) ;
• Bitkiləri və onların problemlərini (xəstəliklər, zərərvericilər) müəyyən etmək bacarığı;
• Müxtəlif pomidor növlərinin çoxaldılması, becərilməsi, yığılması və qablaşdırılması ilə məşğul olan işçilərin fəaliyyətin planlaşdırmaq, təşkil etmək, idarə etmək, nəzarət etmək və / və ya koordinasiya etmək;
• Bütün səviyyələrdə olan işçilərlə və rəhbərliklə effektiv ünsiyyət, güclü danışıq və analitik bacarıqlar;
• Məhsul xərclərinin və məhsuldarlığın büdcəsinin hazırlamaq və proqnozlaşdırmaq;
• Excel və Word-də işləmək üçün kompüter bilikləri və istixana kompüter proqramı olan PRIVA-dan istifadə bacarığı ( təcrübəsi olanlara üstünlük verilir) ;
• Mükəmməl şəkildə Azərbaycan dili, İngilis dili və Rus dili bilmək arzu olunandır ancaq mütləq deyil;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı;


Öhdəlik və vəzifələr:

• Bitkiləri və onların problemlərini (xəstəliklər, zərərvericilər və s.) müəyyənləşdirmək;
• Müxtəlif pomidor növlərinin çoxaldılması, becərilməsi, yığılması və qablaşdırılması ilə məşğul olan işçilərin fəaliyyətini planlaşdırmaq, təşkil etmək, idarə etmək, nəzarət etmək və / və ya koordinasiya etmək;
• Budama, yarpaqların təmizlənməsi, seyrəkləşdirmə, sulama və zərərvericilərə nəzarət də daxil olmaqla məhsul yetişdirmə üsulları üzrə yeni işçiləri təlimatlandırmaq;
• Sərəncamınızda olan istixana heyətini idarə etmək;
• Onların fəaliyyətinə nəzarət etmək və yetişdirilən bitkilər üzrə onlara müvafiq üsulların öyrədilməsi;
• Əməyin səmərəliliyini izləmək və şirkətin məqsədlərinə çatmaq üçün işçi heyətində müvafiq dəyişikliklər etmək;
• Əmək keyfiyyətinin şirkət standartlarına cavab verməsini təmin etmək və zəif icraçıları aktiv şəkildə idarə etmək;
• Zərərvericilərə və xəstəlik səviyyələrinə nəzarət etmək üçün Bioloji nəzarət şöbəsini koordinasiya etmək;
• Gübrənin bölüşdürülməsi və gübrələmə üzrə tədbirlərin hazırlanması;
• Bütün təhlükəsizlik siyasətlərinə (işçilərin təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s.), o cümlədən məhsulun ciddi gigiyena normativlərinə əməl olunmasını və tətbiqini təmin etmək;
• Məhsulun artımı üzrə məlumatları (həftəlik məhsul hesabatı, iqlim hesabatı, meyvə yetişdirilməsi hesabatı, istehsal və s.) qeyd etmək üçün proqram yaratmaq və saxlamaq;
• Məhsul xərclərinin və məhsuldarlığın büdcəsini hazırlamaq və proqnozlaşdırmaq
• Təmirə ehtiyacı müəyyən etmək üçün obyektlərin yoxlanılması və işçi heyətinə təmirlə bağlı tapşırıqların verilməsi;

Biz nə vəd edirik:

• Rəqabətədavamlı əmək haqqı( müsahibə əsasında təyin olunacaq) ;
• İş qrafiki 08:00-17:00;
• AR Əmək Məcəlləsi əsasında rəsmiləşdirmə;
• Aqronomluq və İstixana  sahəsində beynəlxalq treyninqlərdə iştirak;
• 
 
İş yeri :

• Zirə qəsəbəsində yerləşir
• İş yerinə çatdırılma servis avtobusları ilə(“Koroğlu” metrosundan) ;


Maraqlanan namizədlər mövzu yerində “Aqronom” yazmaqla öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər.