6-cı dərəcəli elektrik

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 19.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“FORTİS GROUP” MMC 6-cı dərəcəli elektrik vakansiyası elan edir:

6-cı dərəcəli elektrik

- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

- Yaş həddi 25-45;
- Elektrik sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

- Mürəkkəb elektrik sxemlərinin tərtibi, quraşdırılması, təmiri və sazlanması.
- 110kv elektrik avadanlıqları paylayıcılarında operativ əməliyyatın aparılması.
- Yüksək gərginlikli paylayıcı qurğuların quraşdırılması, təmiri, sazlanması və işə buraxılması.
- Yüksək gərginlikli avadanlıqların idarəetmə sxemlərinin yığılması, sazlanması və işə buraxılması.
- Yüksək gərginlikli kabellərə birəşdirici və sonluq muftalarının qoyulması.
- Yüksək gərginlikli avadanlıqların, ikinci xətt komutasiya xətlərinin təmiri, yoxalanılması, sazlanması və işə buraxılması.
- Yüksək gərginlikli ayırıcıların təmiri, cərəyan keçirici kontaktların dəyişdirilməsi, sazlanması, selektivliyinin və kontakt sıxlığının yoxlanması.
- Yüksək gərginlikli xətlərin gərginlik altında yoxlanılması.
- 1000V-a qədər və 1000V- dan yuxarı elektrik maşınlarında diyircəkli yastıqların yağlanması, dəyişdirilməsi, kömürlərin dəyişdirilməsi və sıxlığının yoxlanılması.
- Sabit cərəyan mühərriklərinin təmiri, sazlanması və işə buraxılması.
- Elektrofiltirlərin, elektrik maqnitlərinin, hərəkət sonluqlarının, sensorların təmiri, yoxlanılması, sazlanması və işə buraxılması.
- Bir neçə elektrik mühərrikinin sinxron işə buraxılması.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “6-cı dərəcəli elektrik” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi