Loqistika üzrə menecer

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 14.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group”  “loqistika üzrə menecer” vakansiyası elan edir. 

İş barədə məlumat

- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Tədarükün planlaşdırılması, onun monitorinqinin həyata keçirilməsi və nəticələrinin təhlil olunması;
- Malların müqavilədə nəzərdə tutulmuş vaxtda təslim olunmasının təşkil olunması;
- Ölkəyə gətirilən məhsulların gömrük rəsmiləşdirilməsinin təşkil olunması;
- Loqistik əməliyyatlar üçün tələb olunan xərclərin qiymətləndirilməsi və analiz olunması;
- Loqistik əməliyyatlarda xərclər smetasına riayət olunması, işin effektivliyinin yüksəldilməsinə yönəlmiş yeni sistemlərin hazırlanması, sistemin tətbiq edilməsi və təkmilləşdirilməsi;
- Loqistik əməliyyatların effektivliyinin qiymətləndirilməsi və analiz olunması;
- Loqistik sənədləşmənin aparılması, sənədləşmə işlərinin təkmilləşməsi, əməliyyatlara sərf olunan vaxtın səmərəliliyinin artırılması;
- Şirkətdə aparılan mövcud loqistik proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması;
- Məhsulların (təmir və santexnika məhsulları, mətbəx avadanlıqları, yataq və yumşaq mebellərin və s. interyer məhsullarının) ölkə xaricindən sifarişinin təşkil olunması – sifariş sənədlərinin hazırlanıb istehsalçı və tədarükçü şirkətlərə göndərilməsi, ölkəxarici loqistika işlərinin yerinə yetirilməsi, nəqliyyatın idarə olunması, sifariş olunan məhsulun ölkə daxilində və ölkədən kənarda təqib olunması, məhsulun anbara çatdırılmasının nəzarətdə saxlanılması və anbar ehtiyatların idarə olunması;
- Miqdar və keyfiyyət üzrə məhsulların qəbul olunması, məhsulların anbarda saxlanılmasının təmin olunması;
- Beynəlxalq konfranslarda, seminarlarda və görüşlərdə şirkətin təmsil olunması;

Namizədə dair tələblər

- Loqistika sferasında 3 ildən az olmayan iş təcrübəsi;
- Komandada işləmə, idarəetmə və analitik təhli qabiliyyətinin olması;
- Ali təhsil, riyazi hesablama bacarıqları və kompüterdən istifadə bacarığının olması (1C, MS Excel, MS Word);
- Azərbaycan, ingilis və rus dili biliklərini əla səviyyədə bilməli.

CV-lərinizi [email protected] ünvanına "loqistika üzrə menecer " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi