Suvaqçı (Fasad)

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 14.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Suvaqçı (Fasad)

Şirkət: “Kristal Abşeron” MTK

Əmək haqqı: razılaşma yolu ilə.
Əməyin ödəniş forması: İşəmuzd

Tələblər

- Dil bilikləri: Azərbaycan dili 
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Vəzifələr

• Sxem və texniki tələblərə əsasən məkana baxış keçirmək;
• Binanın fasad hissəsində suvaq işlərini həyata keçirmək;
• Ümumi davamlılığı təmin etmək, axmanın qarşısını almaq məqsədilə səthin altını yoxlamaq və hazırlamaq;
• Şaquli istiqamətdə aparılan işlər üçün ayaqaltı, nərdivan və hidravlik qaldırıcılar qurmaq və bərkitmək, təhlükəsiz iş şəraiti üçün təhlükəsizlik ləvazimatlarını və xəbərdaredici işarələri quraşdırmaq;
• Gips, kərpic, beton və taxtaların üz hissələrini təmizləyici kimyəvi maddələrlə hazır vəziyyətə gətirmək;
• Gips, suvaq, yapışqan və qarışıq rəngləri hazır etmək;
• Əsas səthi yoxlamaq, ölçmək və işarələmək, rəng və örtük işləri üçün hazırlıq prosesini tamamlamaq;
• Kiçik həcmli suvaq, izolyasiya və quru divar işlərini həyata keçirmək;
• Tələblərə əsasən səthi işləmək, örtük çəkmək, cilalamaq və naxış vurmaq;
• Səthi rəngləmək. Əl alətləri və maşınlardan və digər materialları hazırlamaq üçün xüsusi dekorativ üsullar tətbiq etmək;
• Göstərişləri və iş məkanını dəyərləndirmək;
• Ehtiyac olduğu təqdirdə səthlərə quru suvaq örtüyü çəkmək və naqillərin üzərini bağlamaq;
• Yapma naxış qəliblərini hazırlamaq və müxtəlif parıltılı yapma naxış üsullarını tətbiq etmək;
• Zərər dəymiş yerləri təmir etmək
• İşçi heyəti, əmlak və ətraf mühitə hər hansı bir ziyanın qarşısını almaq üçün təlimatlara və fərdi təşəbbüsə əsaslanaraq əməyin mühavizəsi və təhlükəszilik texnikası ilə bağlı müvafiq tədbirlər görmək;
• Təhlükəsizlik kəmərləri, maskalar və dəbilqələr kimi vasitələrdən istifadə etmək;
• Tikinti sahəsində qayda-qanuna riayət olunması və təhlükəli materialların təhlükəsiz yerdə saxlanmasına nəzarət etmək
• Gündəlik iş prosesində daimi keyfiyyət göstəricilərinə dair məlumatı olmaq;
• Keyfiyyətə təminat təlimatlarına əməl etmək;
• İstehsal nəticələrinin tələb və təlimatlara cavab verməsinə əməl etmək;
a) Yazılı və ya şifahi şəkildə gündəlik fəaliyyət barədə hesabat vermək, bağlı obyektlərin, zərərli elementlərin və naqillərin yeri barədə məlumat vermək, enerji və materialların istifadəsini minimuma endirmək və genişlənmə imkanlarını təklif etmək.

İş şəraiti

- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Əlaqələndirici şəxs

Qurbanov Aydın
051 250 05 10

Təhməzov Tahir
050 228 30 81

İşəgötürənin reytinqi