“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda Barista vəzifəsinə işçi qəbulu elan edir.
Namizədə dair əsas tələblər:
• Cinsi: Kişi və qadın
• Təhsil: Ali və ya orta
• Azərbaycan, rus (sərbəst) səviyyədə bilmək
• İş təcrübəsi: Min. 1 il
• Səliqəli və xoş xarici görkəm;
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.
Əsas vəzifə və öhdəliklər:
• Gələn bütün qonaqları xoş gülərüz ilə qarşılamaq;
• Müxtəlif növ çay, qəhvə, isti və soyuq içkiləri hazılamaq;
• Sifarişi qəbul edərkən xırda detallara diqqət yetirmək(isti, soyuq içkilərin, qəhvə və meyvələrin növü, südün, şəkərin, buzun miqdarı və s.)
• Sifarişin əl və ya aparat vasitə ilə hazılanma bacarığı;
• İşlədiyi avadanlıqları, məhsulları, qabları və fincanları təmiz saxlamaq.
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
İş şəraiti:
• Əmək haqqı və iş qrafiki: Razılaşma yolu ilə
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Barista” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.