Aqronom (Şəmkir, Qusar və Xudat şəhərləri)

İşin təsviri

“Soyuzaqrokontrakt” MMC

Aqronom (Şəmkir, Qusar və Xudat şəhərləri)

Namizədə dair tələblər və vəzifə öhdəlikləri:

1. Ali təhsilə sahib olmalı və müvafiq sahə üzrə iş təcrübəsinə malik olmalıdır (Şəmkir, Qusar və Xudat şəhərlərində yaşayanlara üstünlük verilir);
2. Torpağın aqrokimyəvi xassəsini və onun qida maddələri ilə təmin olunmasını öyrənmək üçün əkinə yararlı sahələrdən nümunələr götürməli və həmin nümunələrdən orta nümunə hazırlayaraq və orta nümunələri aqrokimya laboratoriyalarına, layihə-axtarış kimyalaşdırma stansiyasına göndərilməsini təmin etməlidir;
3. Zərərvericilərə qarşı bioloji mübarizə aparmaq üçün trixonoqramın artırılması işində iştirak etməli,
4. Təsərrüfatların mikrobioloji və bioloji vasitələrə olan tələbatını müəyyən etməli, onların gətirilməsini və tətbiqi işini yerinə yetirməlidir;
5. Bioloji mübarizə üzrə cari və perspektiv tapşırıqları müəyyən etməlidir;
6. Laboratoriyada yetişdirilən bioloji materialların yerli formalarını mütəmadi olaraq öyrənməli və onların keyfiyyətinin yaxşılaşdırılması işini həyata keçirməlidir.
7. Əmək haqqı razılaşma ilə.
8. İş qrafiki: 6 günlük iş həftəsi (həftənin 5 günü 7 saat, şənbə günü 5 saat).

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.