İş yeri: Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
IT layihə mütəxəssisi
Vəzifə öhdəlikləri:
- IT layihələrin detallı planlarının və hesabatlarının hazırlanması;
- Maraqlı tərəflərlə IT komandasının əlaqələndirilməsi;
- İnformasiya sistemlərinin layihələndirilməsi standartlarının, təlimatların, formaların hazırlanması;
- Yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi;
- İnformasiya sistemlərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi;
- İnformasiya sistemlərinin və proqram təminatlarının işlənməsi üçün texniki tapşırıqların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
- Biznes proseslərin modelləşdirilməsi (dioqram, usecase və s.) üzrə təcrübə;
- Layihə səndələrini və texniki sənədləri tərtib etmək bacarığı;
- UI/UX dizayn, SQL, obyekt yönümlü proqramlaşdırma üzrə biliklər;
- Agile layihə idarəetmə metodları ilə iş təcrübəsi;
- Elektron hökumət ilə bağlı dövlət normativ hüquqi aktlarını bilmək;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Azərbaycan dili üzrə əla danışıq və yazı bacarığı, ingilis dili yaxşı səviyyədə.
İş qrafiki: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər mövzu (subject) yerində “it manager” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər.