Layihəçi Mütəxəssis

  • Safe Life LLC
  • Elanın qoyulma tarixi: 18.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LAYİHƏÇİ  MÜTƏXƏSSİS

İxtisasa olan tələblər, biliklər və bacarıqlar

  •Elektrik  və  ya  Elektronika   sahəsində  (Yanğın  siqnalizasiya,  Mühafizə  sistemi,  Kamera  nəzarət  sistemi,  kart  keçid  sistemi,   səsləndirmə,  parking  sistemi,  VisoCall,  həmişə  çağırış  sistemi,  istiqamət  lövhələri,  telefon, internet, televiziya, avtomatika  və  s.)  iş  təcrübəsi;
Müvafiq sahədə ali təhsil (Tikinti və ya Memarlıq);
• AutoCAD kompüter proqramını əla bilmək, ArchiCAD kompüter proqramını bilmək arzu olunandır ;
• Müvafiq sahədə iş təcrübəsi 1-3 ildən az olmamaq şərtilə;
• Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərində   sərbəst  danışmaq;
• Cizgi və digər konstruktor sənədləşməsinin tərtibatına dair müvafiq standartları, texniki şərtləri və təlimatları bilmək;
• Peşəkarlıq, dizayn həllərinə müasir yanaşma;
• Müstəqil və grup daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq imkanı (bacarığı);
• İnsanlarla yaxşı münasibətdə olma və ünsiyyət qura bilmə bacarığı.

QEYD:  Memar  və dizayner  axtarmırıq.  Yuxarıdakı  tələblərə  uyğun  olmayan  CV-i  göndərməyin.

Vəzifələr

• Layihənin işçi cizgilərini hazırlamaq;
• Obyektdə ölçmə işlərini aparmaq və onları daha sonra elektron formata keçirmək;
• Cizgi çəkmə qaydalarına və tələb olunan miqyasa uyğun olaraq eskiz sənədlər və yaxud obyektin canlı vəziyyətindən (orijinaldan) çertyoj işlərini aparmaq;
• Cizgi və digər sənədlər üzərində tələb edilən şərti işarələri və yazıları qeyd etmək;
• İş zamanı qəbul edilən layihə həllərini ümumi layihə ilə uzlaşdırır;
• Bilavasitə rəhbərinin digər xidməti tapşırıqlarını yerinə yetirir.

İş şəraiti

AR  Əmək  Məcəlləsinə  əsasən  sənədləşdirmə;
Həftənin I - V  günü   08:30 - 18:30-dək;
Nahar  şirkət  tərəfindən  verilir.

CV-ni  şəkilsiz göndərməyin.