Mühasib

İşin təsviri

Mühasib

Vəzifə öhdəlikləri
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, tabel və s.)
• E-qaimələrin hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Gündəlik mühasibatlıq əməliyyatlarının 1C proqramı vasitəsilə işlənməsi;
• Bank ödənişlərinin hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Kassa sənədlərinin hazırlanması;
• Gündəlik mühasibatlıq əməliyyatlarının sənədləşdirilməsi;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.
• Maliyyə hesabatlarının hazırlanması bilənlərə üstünlük verilir.

Namizədə tələblər
• Yaş: 22-35
• Cinsi: Kişi
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Mühasibatlıq sahəsində 2 il
• Dil bilikləri: Azərbaycan dili, Rus dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla),  1C: 8.3
• İşə məsuliyyətli yanaşmaq;
•   Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar
    inkişaf.

İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı: Həftə içi günlər 09.00-dan 18.00 kimi,
• Şənbə günü 09.00-dan 12.00 kimi,
• Əmək Haqqı – 700 AZN

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “ Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.