Kimya və Biologiya fənnləri üzrə laborant

İşin təsviri

Kateqoriya: Azərbaycan bölməsi: Yuxarı siniflər üzrə vakansiya

Vəzifə: Kimya və Biologiya fənnləri üzrə laborant

Yerləşmə: Bakı, Azərbaycan

İşəgötürən: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Elanın verilmə tarixi: 15 iyul 2019-cu il

Elanın bitmə tarixi: 20 avqust 2019-cu il

İşə başlama tarixi: 15 sentyabr 2019-cu il

Müqavilə növü: həftə içi 5 iş günü (tam iş günü)

Əmək haqqı: 750+ AZN

Vəzifə haqqında:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində azərbaycan bölməsi üzrə Kimya və Biologiya fənnləri üzrə laborant vəzifəsinə müraciət etmək üçün Kimya-Biologiya sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.

Namizədlərə tələblər:

• Kimya-Biologiya sahəsində bakalavr dərəcəsi;
• Tələb olunan sahədə ən az 2-3 il müddətində iş təcrübəsi;
• Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı;
• 11-18 yaş qruplarını əhatə edən təhsil alanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı;

Öhdəliklər:

• müvafiq tədris proqram və təlim materialların hazırlanmasında müəllimlərə köməklik göstərilməsi;
• məktəbdə tədris prosesinin düzgün qurulmasında, dərslərin təşkilində, əyani vəsaitlərin hazırlanmasında müəllimlərə köməklik göstərilməsi;
• laboratoriya üzrə texniki işlərin yerinə yetirilməsi, laboratoriya avadanlıqlarının dərsə hazırlanması, həmçinin əyani vəsaitlərin, reaktivlərin, materialların saxlanılma qaydalarına riayət ediləsi;

Beynəlxalq MTK məktəbinin üstünlükləri:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi burada təhsil alan şagirdlərə və çalışan bütün müəllimlərə müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş təhsil mühitini təklif edir. İşəgötürmə ilə bağlı mükəmməl şərait ilə yanaşı, Kompleksimiz dəstəkləyici mühitə malikdir, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik professional inkişaf üçün fürsətlər yaradır.
Kompleks haqqında əlavə məlumat: http://www.mtk.edu.az/en/ 

Bizimlə əlaqə:

Maraqlanan namizədlər aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

• Müvafiq vəzifəyə uyğunluq haqqında motivasiya məktubu (250-300 söz) (Word/PDF formatında),
• CV (şəkil ilə) (Word/PDF formatında).
 Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn: kimya və biologiya fənnləri üzrə laborant - azərbaycan bölməsi) qeyd olunmaqla, [email protected], elektron ünvanına göndərilməlidir