İngilis dili müəllimi (azərbaycan və rus bölmələri)

İşin təsviri

“Kaspi” Təhsil Şirkəti İngilis dili fənni üzrə (azərbaycan və rus bölmələri) müəllimlərin işə qəbulunu elan edir.

Minimum vakansiya tələbləri:

• Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
• Sahə üzrə orta məktəbdə 1 illik pedaqoji təcrübə;
• Abituriyent kursları üçün: 1 illik repetitorluq fəaliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

• Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
• Fərdi və peşəkar inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş şərtləri:

İş saatları: Tam ştat və ya cədvələ uyğun olaraq saathesabı
İş yeri: “Kaspi” Liseyi və “Kaspi” Hazırlıq Mərkəzi
Son müraciət tarixi: 31.07.2019

• Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.