Həkim

İşin təsviri

Həkim

- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
- İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

- Ali tibbi təhsil;
- Sertifikatı olmalı;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi olmalı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;

Əsas vəzifə öhdəlikləri:

• İşçilərin sağlamlığının pozulması hallarının statistikasının aparılması və müəyyən edilmiş müddətlərdə bu barədə hesabatların hazırlanması.
• Ambulator və stasionar müalicədə olmuş işçilərin xəstəlik tarixləri və diaqnozları barədə məlumatların toplanması.
• Peşə xəstəliyi ehtimalı (simptomları) olan işçilərin müəyyən edilməsi istiqamətində profilaktiki tədbirlərin (o cümlədən tibbi müəssisələrdə yoxlama yolu ilə) yerinə yetirilməsi.
• Müalicədən (Ambulator və ya stasionar) qayıdan işçilərin müəyyən zaman kəsiyində nəzarətdə saxlanması.
• İşçilərə vaxtaşırı, mövsumi olaraq, iş yerlərində və məişətdə sanitar gigiyenik norma və qaydalar haqqında məsləhətlər vermək, həmçinin treninqlər keçirmək.
• İş vaxtı işçilərin səhhətinin pozulması səbəblərini müəyyən etmək, bu səbəblərin aradan qaldırılması üzrə tədbirlər yerinə yetirmək.
• Səhhəti pozulmuş, yaxud xəsarət almış işçilərə ilkin tibbi yardım göstərmək və səhhətin pozulması (vurulmuş xəsarət) haqqında hadisə yerinə gəlmiş həkimlərə ixtisaslı məlumat vermək.
•İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
•Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

- Nahar (Zavod ərazisindəki hoteldə qalanlar gündə 3 dəfə yeməklə təmin olunur),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa) komfortlu servis avtobusları fəaliyyət göstərir,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel fəaliyyət göstərir),

E - mail : [email protected] . Mövzu hissəsində "Həkim" qeyd olunması zəruridir.
Not: Xahiş olunur fikri ciddi olmayan, sertifikatı olmayan və ilkin müsahibə üçün zavoda (Qazax rayonu, Daş Salahlı kəndi) gələ bilməyən (və ya gəlmək istəməyən) namizədlər CV göndərməsin.