Analitika bölməsinin böyük mütəxəssisi

İşin təsviri

Vakansiyanın adı: Analitika bölməsinin böyük mütəxəssisi

Vakansiyanın kodu: V19070304
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: Məlumat Hesablama Mərkəzi Departamenti
Vakansiya üzrə struktur: Statistika və analitika şöbəsi, Analitika bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 6
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24

Tələb olunan təhsil istiqaməti/ixtisası: Riyaziyyat, statistika, və ya iqtisadiyyat yönümlü
Tələb olunan minimum təhsil dərəcəsi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 4 il

Tələb olunan komputer bilikləri:

 MS Office – sərbəst səviyyədə;
 MS Excel – sərbəst səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

 Rus dili – sərbəst səviyyədə;
 İngilis dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

- Məlumatların analizinə dair biliklər;
- Analitik düşüncə və riyazi biliklər;
- MS Excel, MS Power Point, MS Word;
- Verilənlər bazasının dizaynı, analiz metodları və məlumat seqmentasiyasına dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Analitik düşüncə qabiliyyəti, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə qabiliyyəti
Digər tələb və üstünlük göstəriciləri: Məlumat modelləri sahəsində texniki təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

 MS Excel proqram təminatı vasitəsilə cədvəllərin qurulması və hesablamaların aparılmas;
 Xarici dəmiryol sistemlərinin və hesabat növlərinin analizi;
 Statistik metodlardan istifadə edərək nəticələrin təhlili və müvafiq hesabatların hazırlanması;
 İlkin və ya emal olunmuş məlumatları vizuallaşdırılması;
 Əsas fərqlərin analiz edilməsi və açıqlama, qeyd, səbəblərlə izahı.
 Statistika effektivliyini və keyfiyyətini optimallaşdırmaq üçün məlumatların təhlili, məlumatların toplanması sistemləri və digər strategiyaların hazırlanması və tətbiqi;
 Verilənlər bazasının hazırlanması və tətbiqi, məlumatların toplanması sistemləri, məlumatların təhlili və statistik effektivliyi və keyfiyyəti optimallaşdırmaq üçün digər strategiyaların yaradılması;
 Yeni proseslərin yaxşılaşdırılması imkanlarının tapılması və müəyyən edilməsi.

Vakansiyanın elan olunma tarixi: 03.07.2019
Son müraciət tarixi: 17.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1075