Vergi uçotu üzrə aparıcı mütəxəssis

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 01.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Vergi uçotu üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların  yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər, fiziki şəxsin gəlir hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

Tələblər:

- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə bacarığının olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo Unity proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.