Hüquqşünas

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 30.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas

Şirkət: “Kristal Abşeron” MTK

Əmək haqqı: 1000 AZN-dən

Tələblər

- Hüquq sahəsində ali təhsil
- Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
- MS office proqramları
- Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq 
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Vəzifələr

- Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
- Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
- Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
- Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
- Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
- Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
- Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
- Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
- Şirkətin daxil olduğu qrupun bütün Şirkətlərinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçiləri təlimatlandırmaq;
- Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
- Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
 
İş şəraiti

- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
 
Əlaqələndirici şəxs: Samir Hacıyev 

Elektron ünvan: [email protected]

İşəgötürənin reytinqi