Various positions

İşin təsviri

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Şirkətimiz Sumqayıt şəhərində yeni  açılacaq restoran üçün aşağıdakı vəzifələr üzrə vakansiyaları  açıq elan edir:

• Restoran inzibatçısı
• Xəzinədar
• Kababçı
• Aşbaz
• Aşbaz köməkçisi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  vakansiyanın adını qeyd etməklə  qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.07.2019

İşəgötürənin reytinqi