Böyük Mühasib

İşin təsviri

İşəgötürən : “XAQANİ  TİCARƏT  MƏRKƏZİ”   

Şirkətə Böyük  mühasib  tələb  olunur. (xidmət  sahəsi  üzrə)

Vəzifələr:

- Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət  haqqlarinın  hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının  aparılması;
- Aylıq maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;                                                                      
- Mənfəət  və  ya  Zərər  haqqında  hesabat   hazırlanması   və rəhbərliyə təqdim edilməsi;                              
- Maliyyə   vəziyyəti  haqqında  hesabat  hazırlanması  və rəhbərliyə təqdim edilməsi;                                                            
- Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  hazırlanması  və  rəhbərliyə təqdim edilməsi;                                            
- Vergi, DSMF, Statistika idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  qanunvericilikdə müəyyən  edilmiş  müddət ərzində müvafiq orqanlara   onlayn  təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

- 25-50 yaş aralığında olan  namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- Vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli 
- 1.C8.2  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə  3 ildən  yuxarı
- Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
- Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə  5 iş günü,  saat  10.00 –dan  19.00-dək,  şənbə və  bazar   günləri  istirahət  günləridir.

Müəssisə Kiçik sahibkarlıq  subyekti  meyarına  daxildir. (İllik  dövriyyəsi  böyük  deyildir)

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük   Mühasib” qeyd edərək  öz  CV lərini   mükəmməl   şəkildə   [email protected]  email ünvanına göndərməyiniz  xahiş olunur.

Xaqani Ticarət Mərkəzi tərəfindən digər vakansiyalar