Müştəri xidmətləri şöbəsinin Meneceri

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 19.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Müştəri xidmətləri şöbəsinin Meneceri.

Collezione Italia Azərbaycanda ən geniş yayılmış sahələrdən biri kimi qəbul edilən lyuks inşaat məhsullarının satışını təşkil edən nüfuzlu nümayəndələrdən birincisidir. Collezione İtalia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən önəmli və keyfiyyətli markalarını idxal edərək xidmət göstərir.

İş barədə məlumat:

- Şirkətin müştəri xidmətləri siyasətinin hazırlanması və inkişaf etdirilməsi;
- Keyfiyyət və xidmət sisteminin həyata keçirilməsi və onun inspeksiya nəzarətində mütəmadi iştirak olunması;
- Satış və satışdan sonrakı xidmət səviyyəsinin artırılması məqsədilə təlim inkişaf programını həyata keçirmək;
- interyer məhsullarının (santexnika, işıqlandırma, qapı, parket, mebel ) satışı, çatdırılması və quraşdırılması işlərinin keyfiyyətinə və işçi heyətin daxili normativ sənədlərə uyğun nəzarət edilməsi;
- İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
- Yaranmış uyğunsuzluqların aşkar olunması, lazım gələrsə yerində həll edilməsi;
- İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması, onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması;
- İş vaxtı saat 10:00-19:00
- İş günləri həftənin I-VI günləri
- Yaş həddi 30-45

Namizədə dair tələblər:

- Müştəri xidmətləri sahəsində 3-4 il iş təcrübəsi (Mebel və santexnika sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir)
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilmək
- Ofis kompyuter proqramlarını mükəmməl səviyyədə bilmək
- Qərar qəbul etmə bacarığı
- Problem və konflikləri həll etmə bacarığı
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir.

E - mail : [email protected]