Daxili Audit Departamentin Meneceri

  • Lu-Mun Holdinq
  • Elanın qoyulma tarixi: 12.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Daxili Audit Departamentin Meneceri - LMH

Vəzifənin təsviri

• Daxili Audit Departamentinin fəaliyyətininin idarə edilməsini həyata keçirir, onun yerli qanunvericiliyə, daxili normativ sənədlərə, qabaqcıl təcrübələrə və Beynəlxalq Daxili Audit Standartlarına uyğunluğunu təmin edir;
• Daxili Audit Departamentin illik Audit Planının və büdcəsinin tərtib edilməsini və icrasını təmin edir. Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işgüzar münasibətləri dəstəkləyir;
• Liderlik və idarəçilik nümayiş etdirir, komandanın biznes məqsədlərinə və şəxsi karyera hədəflərinə uyğun olaraq peşəkar və şəxsi bacarıqların artırılmasına yardımçı olur.
• Daxili nəzarət tədbirlərini həyata keçirməklə holdinqin öz məqsədlərinə çatmasında və korporativ idarəetmənin təbliğatında mühüm rol oynayır.
• Risk yönümlü audit planın hazırlanması, hesabatın verilməsi və holdinqin mühüm əməliyyat, maliyyə və daxili nəzarət fəaliyyətlərinin təkmilləşdirilməsi üzrə təkliflər verir. Əlavə olaraq, namizəd hazırki maliyyə hesabatları açıqlamalarının dolğunluğunu təmin olunmasında iştirak edir, yeni nəzarət sistemini tətbiq edir və müvafiq qaydada sənədləşdirir. Namizəd həmçinin holdinqin daxili nəzarət sistemlərinə əsasən fəaliyyət göstərməsini təmin etmək üçün daxili monitorinq funksiyasını yaradır.

Əsas funksional vəzifələr:

Holdinq üzrə:

• Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
• Daxili Audit Departamentinin büdcəsini hazırlamaq və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
• Korporativ idarəetmənin qurulmasında və təkmilləşmisində mühüm məsuliyyət daşımaq
• Təsdiq olunmuş İllik Audit Planına  əsasən audit layihələrinin həyata keçirilməsini təmin etmək;
• Mühüm riskləri nəzərə alaraq audit layihələrinin tapşırığını müəyyən etmək, audit layihələrinin gedişatına və büdcəsinə nəzarət etmək;
• Audit layihələri üzrə hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
• Tabeçiliyində olan auditorların fəaliyyətinin qiymətləndirilməsini aparmaq, təlim keçmək, məsləhətlər vermək;
• Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını və məlumat mübadiləsi prosesini dəstəkləmək;

Strateji aktivləri üzrə:

• Strateji aktivlərin fəaliyyətlərində maliyyə, əməliyyatlar üzrə iş axını, şəffaflığın təmin olunması məqsədilə özlərinin formalaşdırdıqları bütün növ siyasətlərə, normativ aktlar və daxili qaydalara uyğunluğu təmin etmək;
• Mövcud olan risklərin idarə olunması, daxili nəzarət və korporativ idarəetmə sistemləri, eləcədə onların iş prinsiplərinin Holdinqin qüvvədə olan tələblərinə və məqsədlərinə uyğunluğu təmin etmək;
• Audit planına uyğun olaraq mühüm maliyyə, idarəetmə və operativ məlumatların strateji aktivlər tərəfindən etibarlı, dəqiq və vaxtında hazırlanmasını təmin etmək;
• Strateji aktivlərin biznes səmərəliliyinin artırılmasını təmin edəcəyi qaydada işi təşkil etmək.

Bilik, bacarıqlar və təcrübə:

• Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
• Peşəkar kvalifikasiya (ən azı biri üzrə): CIA/CFSA/ACCA/CPA/CIMA/CISA/CISM/CISSP/CRISC/CGEIT; 
• Audit sahəsinə aid biliklər;
• Müvafiq iş təcrübəsi: 7 ildən artıq ümumi, 4 ildən artıq audit funksiyasında;

Vakansiya ilə maraqlanan şəxslər CV - i “mövzü” bölməsində "Daxili Audit Departamentinin Meneceri" qeyd etməklə 20.06.2019 tarixinədək [email protected]  ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi