Anbardar

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 10.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Grand Agro MMC –nin  əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya: Anbardar

Vəzifə öhdəlikləri

• Anbara mal materialın aidiyyatı sənədlər əsasında qəbulunu həyata keçirir, təsnifatlaşdırır və düzgün şəkildə mühafizə olunmasını təşkil edir.
• Təhvil-təslim aktları ilə anbardan mal-materialın düzgün çıxışını həyata keçirir, anbar qalıqlarına nəzarət edir.
• Anbara qəbul zamanı mal-materialın keyfiyyətinə nəzarət edir, keyfiyyətində problem olan mal-materialın geriq qaytarılmasını təmin edir.
• Struktur bölmələrdən gələn tələblər əsasına anbarda olan mal-marerial qalıqlarının çıxışı zamanı onların təyinatı və şəmərəli şəkildə bölüşdürülməsinın təşkil olunmasına təmin edir.
• Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət edir, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırır.
• Anbardar mal-materialların və xammalların xarab olması və itkilərin qarşısını alınması və mühafizə olunması ilə əlaqədər lazımı tədbirlər görür
• Anbarda əməyin mühafizəsinin,təhlükəsizlik texnikası,yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşalma işlərinin aparılmasını təşkil etmək
• Xüsusi proqram vasitəsi ilə anbar uçotunu həyata keçirmək, aylıq inventarizasiya prosesində iştirak etmək.

Tələb olunan təhsil və biliklər:

• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
• Dil bilikləri: Azərbaycan dili – səlis, 
• 1C 8 versiyalarinda və MS Office proqramları ilə işləmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi