Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya : Kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Texnikaların sahələrdə işlərinin planlı və fasiləsiz istismarının təmin edilməsi və koordinasiyası
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinə və vəziyyətinə texniki nəzarətin təşkil olunması
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması
- İstismar, təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması
- Podratçıların texnikalarının işinə nəzarət və koordinasiyası və müvafiq sənədləşmənin düzgün və vaxtında aparmaq
- Texnikaların təmiri, istismarı, yanacaq sərfiyyatı vəs üzrə sənəd dövriyyəsinin, hesabatlığın düzgün və vaxtında təmin edilməsi
Tələb olunan təhsil və biliklər:
- Kompüter bilikləri: MS Ofice, Outlook;
- Kənd təsərrüfatı sahəsində və aqrotexniki tədbirlər üzrə sahə təcrübəsinin olması
- Texnikalarla bağlı haqqında nəzəri və praktiki biliklərin olması
- Komandada işləmə bacarığı
- Minimum 2 il sahə təcrübəsi
- Kənd təsərrüfatı istiqamətində peşə və ya ali təhsilli
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.