Kontent Menecer

  • Wentto
  • Elanın qoyulma tarixi: 06.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. 2012-ci ildən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam edir. Şirkət Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon, Gree, Braun Philips, Eurolux, İtaltherm və s. məşhur brendlərin satışını həyata keçirir.

İnşaatçılar, Nizami və Elmlər Akademiyası metrostansiları yaxınlığında yerləşən mağazalarında müxtəlif geniş çeşid imkanına malik mobil telefonlar, televizorlar, planşetlər, kompüter və fotoaparatlar videokameralar, müxtəlif növ kiçik məişət texnikaları, eləcə də böyük məişət texnikalarından kondisioner, sobalar, soyuducu, paltaryuyan maşın, həmçinin istilik sistemləri təqdim etməklə yanaşı Bakcell operatorunun məhsullarının satışında və bu sahədə vətəndaşlara xidmət göstərməkdə qabaqcıl yer tutmaqda davam edir.

Vakansiya: Kontent Menecer

Tələblər:

• Sosial media sahəsində ən azı 1 il iş təcrübəsi;
• Müxtəlif sosial şəbəkələrdə (Facebook, İnstagram) səhifələrin idarə edilməsi;
• Rus dilini bilən (İngilis dili üstünlükdür);
• İşgüzar ünsiyyət etikasını bilən və operativ işləməyi bacaran;
• Kreativ, yaradıcı və yeni ideyalara malik olan;
• İşinə qarşı diqqətli və məsuliyyətli olan;

Ümumi vəzifə öhdəlikləri:

• Sosial səhifələrin ( Facebook, Instagram və s.) və reklamların idarə edilməsi;
• Sosial mediada müştəri bazasının formalaşdırılması;
• Sosial mediada reklam posterlərinin, xəbərlərin, məhsullarla bağlı məlumatların yerləşdirilməsi;
• Müştərilərin müraciətlərinin və eləcə də şikayətlərinin cavablandırılması;
• Sosial səhifələrin daimi aktiv saxlanılmasının təmin edilməsi;
• Görülən işlər və statistik göstəricilər üzrə aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
• Sayta məhsulların əlavə olunması;

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kontent Menecer” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.