Unique Business Group
Mühasib
Əsas vəzifə öhdəlikləri:
• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması;
• Aylıq, rüblük və illik vergi qeydiyyatının vaxtında və düzgün aparılması.
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
• Hesabatların dövlət orqanlarına aylıq, rüblük və illik vaxtında və düzgün çatdırılması;
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
• Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Azərbaycan dilinde danışıq qabiliyyəti (ingilis, rus dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office), 1C8.2;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
• Sahəsində ən azı 3 il iş təcrübəsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
E - mail : [email protected]