Katib-referent

İşin təsviri

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Katib-referent

Namizədə aid tələblər:

• Ali təhsil;
• İş təcrübəsi 6 ay;
• Microsoft Office;
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
• Kargüzarlığın aparılması qaydaları.

İş haqqında məlumat:

• Korrespondensiyanı (daxil olan bütün sənədləri) qəbul edir, qeydiyyatdan  keçirir və müvafiq struktur bölmələrə təqdim edir;
• Göndərilən sənədlərin qeydiyyatını apararaq müvafiq ünvanlara çatdırılmasını təmin edir;
• Rəhbərliyin qəbuluna gələnlərin qəbulunu təşkil edir; 
• Müştəriləri müvafiq sturktur bölmələrə yönləndirir;
• Daxil olan zənglərin cavablandırır və müvafiq struktur bölmələrə yönləndirir;
• İşçiləri dəftərxana ləvazimatı ilə təmin etmək, ofis anbarına nəzarət etmək və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 06.06.2019-cu il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Katib-referent”) qeyd olunmalıdır) göndərə bilərlər.