Smetaçı-Mühəndis

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 30.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Smetaçı-Mühəndis

İşin təsviri:

- İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
- Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının yüksək şəkildə hazırlanması;
- Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
- Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
- Tender təkliflərinin hazırlanması;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Müqavilələr üzrə yerinə yetirilmiş işlərin tərtib olunması və ona nəzarət;
- Layihə barəsində aylıq texniki hesabatların hazırlanması.

Əsas vəzifə-öhdəlikləri:

- Tam, yaxud qismən tikilinin qüsur aktının hazırlanması;
- İş həcmlərinin açıqlanması və qiymətləndirilməsi;
- Kiçik iş həcmlərinin layihələndirilməsi;
- Smetalara uyğun işlərin texnologiyasından asılı olaraq iş qrafiklərinin hazırlanması;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi.

Namizədə tələblər:

- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən az 7 il iş təcrübəsi
- MS Office, AutoCad; 1C:müəssisə

Dil bilikləri: Azərbaycan, Rus (İngilis dili arzu olunandır)

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.

AS İnşaat MMC tərəfindən digər vakansiyalar