Sahə memarı

İşin təsviri

Sahə memarı

Vəzifə funksiyaları

  Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
  Şəhərlərin, müəssisələrin, bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir;
  Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə iştirak edir;
  Layihə axtarış işlərinin aparılmasında subpodrat təşkilatlarlar ücün layihə sənədləri hazırlayır;
  Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir;
  Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  Layihələşdirməyə və tikintiyə aid layihə normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir;
  Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə təklif verir.

Vəzifəyə olan tələblər

  Təhsil: Memarlıq-inşaat üzrə ali təhsil
  Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
  Kompyuter  biliyi: Word, Excel,AutoCad,ArchiCad və İnternetdə işləmə bacarığı.
  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

E - mail : [email protected]