Baş Mühasib

İşin təsviri

20 ildən artıq  fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  şirkətinə lahiyələrin  və müştəri portfelinin sayının artması ilə bağlı BAŞ MÜHASİB  tələb olunur.

Baş Mühasib

İş barədə məlumat

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- Balansın çıxarılması
- DSMF və işsizlik hesabatlarının  hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Sair məlumat

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
- Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
- Problemləri təhlil və həll etmə bacarığı
- Azərbaycan dili mükəmməl,rus dili biliyi arzuolunandır 

Biz Sizə nə təklif edirik:

- Peşəkar, mehriban komandada iş
- Etibarlı şirkətdə karyera
- Professional və maddi yüksəliş üçün perspektiv
- İş qrafiki: 9.00-18.00
- Əmək haqqı 1200-1500 manat

Maraqlanan şəxslər xahiş olunur CV-lərini [email protected] ünvanına göndərsinlər.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar