SPA Qeydiyyatçı

İşin təsviri

SPA QEYDİYYATÇI

• Spa mərkəzinin  üzvlərini/qonaqlarını qəbula yönəltmək və bu yöndə mümkün olan  hər vəziyyətdə onlara yardım etmək.
• Qonaq sorğularını nəzakətli və səmərəli tərzdə yerinə yetirmək və əgər məsələni dərhal həll etmək mümkün olmazsa qonaq şikayətləri və ya problemlər barədə tabe olduğu şəxsə məlumat vermək, həmçinin qonaqların məmnun olmalarına qədər məsələni təqib etmək.
• Daima spanın fəaliyyət standartlarına riayət edərək nəzakətli, peşəkar, effektiv və çevik xidmət göstərmək.
• İş yerininin və ətraf əhatənin daim təmiz və qaydasında olmasını təmin etmək.
• Bütün avadanlıqların, ümumilikdə spa mərkəzinin təmizliyini təmin etmək və yaranan nasazlıqlar barədə məlumat vermək.
• Spa mərkəzində bütün yaş və quru əraziləri və sanitariya ərazilərini səliqəli və təmiz saxlamaq.
• Bütün mebelləri, paltar şkaflarını, kosmetika piştaxtalarını, döşəmələri, ləkəsiz, təmiz, quru, və təravət ətirli saxlamaq.
• Spa ərazilərində rahatlıq üçün olan bütün vasitələri qoruyub saxlamaq.

• Aidiyyati sahə üzrə ən az 2 illik iş təcrübəsi
• Azərbaycan, ingilis və rus dillərində səlis danışıq bacarığı
• Komandada işləmək bacarığı
• Yüksək səviyyədə ünsiyyət bacarığı
• Qonaqlara qarşı nəzakətli və gülərüz münasibət göstərməyi bacarmalı

Müraciət üçün link: https://careers.gilanholding.com/v/4987?lang=az