Almaniyada tibb bacısı/qardaşı

  • IGAplus Gmbh
  • Elanın qoyulma tarixi: 14.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiy:  Almaniyada tibb bacısı/qardaşı
Şirkət:      IGAplus  Gmbh

Tibb bacısı və tibb qardaşı üçün Almaniyada iş vakansiyası

İŞ YERİ – Almaniyada klinikalar və qocalar evlərində tibb bacısı/ qardaşı eləcə də baxıcı kimi işləmək və beynəlxalq bir komandanın tərkib hissəsi olmaq

YÜKSƏK ƏMƏK HAQQI - 1.500 avro (netto – vergilər, həyat/ sosial siğorta və pensiya fonduna ödənilən xərclər çıxıldıqdan sonra) - dan başlayan aylıq əmək haqqı

ALMAN DİLİ KURSLARI – İntensiv Alman dili kursları (8 – 9 ay müddətinə, həftədə 5 gün və gündə 2/ 3 saat)

MÜDDƏTSİZ ƏMƏK MÜQAVİLƏSİ – Almaniyadakı tibb müəssisələri ilə

ALMANİYADA MÜDDƏTSİZ YAŞAMAQ HÜQUQU

BEYNƏLXALQ LİSENZİYA – Tibb bacısı / qardaşı eləcə də baxıcı üzrə

Tələblərimiz:

- 11 illik orta təhsil
- Yuxarıdan aşağıya doğru kollec təhsili vəya iş təcrübəsi:
1. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) tibb bacısı/ qardaşı ixtisası üzrə təhsilini başa vurmuş və hal hazırda tibb bacısı/ qardaşı peşəsi ilə məşğul olanlar;
2. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) tibb bacısı/ qardaşı ixtisası üzrə məzunları;
3. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) tibb bacısı/ qardaşı ixtisası üzrə təhsilin sonuncu kurs tələbələri.
- 18 – 50 yaş arası
- Almaniyada uzun müddətli yaşamaq və işləmək istəyi

Xidmət haqqı: Heç bir xidmət haqqı tələb edilmir.

Əlavə məlumat üçün http://igaplus.de/Home/ internet səhifəsinə daxil ola və ya +994 55 4206591/ +49 163 4682696 (whatsapp) nömrəsi ilə əlaqə yarada bilərsiniz.

IGAplus Gmbh tərəfindən digər vakansiyalar