Marketing menecer

İşin təsviri

Papa John’s Azərbaycan şirkətinə Marketing menecer  tələb olunur.

30 il ərzində 48 ölkədə müştərilərə “Ən yaxşı” pizza təklif edən 5000-dən artıq Papa John`s restoranına qədər inkişaf etmişdir.

Fəaliyyətimizi inkişaf etdirmək üçün hər zaman yeni ideyalar ifadə edərək irəliləməyə və inkişaf etməyə çalışırıq.

2012-ci ildə “Ən yaxşı pizza” qayesini rəhbər tutaraq Papa John’s Azərbaycanda öz restoranını açdı.

Hazırda bizim şirkət Azərbaycanda 7 restorana qədər genişlənmişdir.

Bilirik ki, ən yaxşı inqrediyentlərdən istifadə edərək dünyanın hər bir yerində mükəmməl pizzalar təqdim edəcəyik. Bu günə qədər “Daha yaxşı inqrediyentlər.Daha yaxşı pizza.” şüarını və hədəfini rəhbər tutmuşuq.

Tələblər:

• Marketing  sahəsində 5 il iş təcrübəsi
• Fundamental Marketinq və Digital marketing üzrə bilikləri
• Azərbaycan, Rus və İnglis dilində sərbəst danışıq mutləqdir.
• Ali təhsil mütləqdir
• Yüksək idarəcilik və təşkilatcılıq bacariqları

Öhdəliklər

• Marketinq planlaşdırılması və hesabatlar

- Şirkətin marketing siyasətinin planlaşdırılması
- Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi
- Ötən il üzrə marketing fəaliyyətinin nəticələrini nəzərə alaraq, illik marketing-təqvimi hazırlanması
- Başqa restoranların və digər pizza çatdırılmasıyla məşqul olan şirkətlərin  rəqabətinin qiymətləndirilməsi və lazımi analizlərin aparılması .
- “Fast-food” sahəsində bazarın qiymətlərin, çeşidin, carı aksiyaların öyrənilməsi və lazımi analizlərin aparılması
- Büdcələmə

• Kampaniyalar və dizayn

- Aylıq promoaksiyalarını və təkliflərini hazırlanması
- Dizayner ilə birlikdə aksiyaların və başqa dizaynların hazırlanması
- Keçirilmiş aksiyaların və təkliflərin nəticələrin və statistikasını tərtib etmək
- Prezentasiyaların hazırlanması

• Françayzinq hesabatları

- Papa John’s International xarici nümayəndələri ilə daimi danışıqların və məsləhətləşmələrin aparılması.
- Tələb olunan hesabatların hazırlanması və göndərilməsi (Satış üzrə hesabatlar, marketinq təqvim, satılan məhsullar üzrə hesabat və s.)

• Digital Marketinq

- SMM üzrə biliklər (Instagram, Facebook, Twitter, YouTube və digər platformalar)
- SMM üzrə xidmət göstərən şirkətin işlərinə nəzarət 
- SMM aylıq konktetin təstiqlənməsi ( Instagram, Facebook)
- SEM (Google Ads)
- Targeting ( Facebook Business, Google remarketing)
- Analytika (Google Analytics)
- Email və SMS Marketing
- Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdjənin müəyyənləşdirilməsi, büdjə xərcləri hesabatının aparılması
- Online Sifariş saytınında yaranan problemlərin üzrə İT menecerə və işləyən beynalxalq şirkətlərə məlumat verilməsi və problemlərin həll ediməsinə nəzarət
- Online Sifariş saytınında dəyişiklik edilməsi və aksiyaların tərtibi (İT menecer ilə və işləyən beynalxalq şirkətlərlə birlikdə)

• Offline marketinq və reklam daşıyıcıları

- Outdoor reklamlar (Metro, Bilbodlar, Liftlər, Avtobuslar və s)
- Bukletlərin paylanması üzrə planın tərtibi və nəzərəti
- Bütün reklam materiallarının vaxtında dizayn və çap  olunmasına nəzarət və həmin reklam materialları ilə restoranların təchiz edilməsini təmin etmək.
- Restoran menyusuna nəzarət (yeniliklərin əlavə edilməsi, menyunun vəziyyətinə nəzarət, restoranların yeni menyularla vaxtında təşhiz edilməsi).

• Partnyorluq , tətbirlər və sponsorluq

- Potensial partyorların tapılması
- Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
- Lazım olan  prezentasiyaların və dizaynların hazırlanması
- Büdcənin tərtibi
- Sponsorluq və tətbirlər üçün hesabatların və budcəsinin hazırlanması
- Tətbirlər üçün lazım olan reklamın hazırlanması və tətbir vaxtı nəzarət

• Müştəri xidmətləri

- Online sorğu platformanın tərtibi
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)
- Müştərinin şikayətinə dərhal reaksiya vermək və rəhbərliyə həmin şikayət barədə məlumat vermək.

İş Şərtləri

• Ə/h NET 1200 -1500 AZN
• 6 günlük iş günü
• Iş qrafiki Bazar etrəsi – Cümə saat 10-19 – dək, Şənbə günü saat 10-17-dək
• Rabitə xərclərinin şirkət tərəfdən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Marketing Manager” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi