Yanğın təhlükəsizliyi üzrə marşal
Vəzifə öhdəlikləri:
• Yanğına qarşı profilaktiki işlərin keçirilməsində, yanğın təhlükəsizliyi məsələləri üzrə standartların, normaların, qaydaların, təlimatların və digər normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, çalışdığı layihə ilə bağlı yanğın təhlükəsizliyi üzrə supervayzerə köməklik göstərmək və təkliflər vermək;
• Çalışdığı layihədə bütün bölmə rəhbərlərinin yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə mövcud qanunvericiliyə, əmr və təlimatlara riayət etməsinə nəzarət etmək;
• Bədbəxt hadisələrin qarşısının alınması üçün yanğın təhlükəsizliyi vəziyyətinə gündəlik nəzarət etmək;
• Yanğın təhlükəsizliyi üzrə supervayzer tərəfindən tapşırılan tapşırıqları dəqiq, vaxtında və keyfiyyətli şəkildə həyata keçirmək;
• Çalışdığı layihənin ərazisində olan binaların, tikililərin, istehsal və köməkçi sexlərin yanğın təhlükəsizliyi üzrə müayinəsində iştirak etmək;
Tələblər:
• Ali təhsil (ƏM və TT üzrə müvafiq ali təhsilli namizədlərə üstünlük veriləcək)
• Tikinti və ya sənaye sahəsində minimum 2 il iş təcrübə;
• İxtisas üzrə sertifikatların mövcudluğu arzu olunandır
• İş planlama və təşkil etmə bacarığı;
• Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq;
Xahiş olunur CV-nizi [email protected] və ya [email protected] ünvanına "Yanğın təhlükəsizliyi üzrə marşal" başlığı ilə göndərin.