Hüquqşünas

  • Wentto
  • Elanın qoyulma tarixi: 03.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. 2012-ci ildən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam edir. Şirkət Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon, Gree, Braun Philips, Eurolux, İtaltherm və s. məşhur brendlərin satışını həyata keçirir.

İnşaatçılar, Nizami və Elmlər metrostansiyaları yaxınlığında yerləşən mağazalarında müxtəlif geniş çeşid imkanına malik mobil telefonlar, televizorlar, planşetlər, kompüter və fotoaparatlar videokameralar, müxtəlif növ məişət texnikaları, kondisioner, sobalar, həmçinin, istilik sistemləri təqdim etməklə yanaşı Bakcell operatorunun məhsullarının satışında və bu sahədə vətəndaşlara xidmət göstərməkdə qabaqcıl yer tutmaqda davam edir.

Vakansiya: Hüquqşünas

Tələblər:

• Təhsil: ali hüquq təhsilli;
• Mülki, mülki-prossesual və digər qanunvericilik biliyi;
• Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
• Vahid Məhkəmə Portalında işləmək bacarığı;
• MS Office (Word, Excel, Outlook) proqramlarını bilməli;
• Səlist danışıq qabiliyyəti;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;

Ümumi vəzifə öhdəlikləri:

• Müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı pretenziyaların hazırlanması;
• İşlərin məhkəməyə göndərilməsi üçün hazırlanması;
• Dövləq orqanlarına sorğuların göndərilməsi;
• İddia ərizələrinin və digər ərizələrin tərtib olunması;
• Şirkəti Məhkəmə və digər orqanlarda təmsil etmək;
• Elektron Məhkəmə Portalında şəxsi kabinetin idarə edilməsi;

İş şərtləri:

• İş yeri: Baş ofis;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları, nəqliyyat və nəqliyyat xərcləri şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı müsahibə əsasında; 

Şirkətə məxsus  CV formasını  yükləyərək məlumatları əlavə edib müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

CV forması.doc )