Mühəndis (metaləritmə)

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 27.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: “Mühəndis (metaləritmə)

“Azertexnolayn” MMC-nin Texniki Avadanlıqlar Zavoduna "Mühəndis (metaləritmə)" vakansiyası üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

  Mövcud istehsal proseslərinin optimallaşdırılması;
  Dəqiq hesablanmış istehsal proseslərini həyata keçirmək;
  Metal əritmə, qəlibləmə, qum hazırlama və qumlama proseslərini düzgün təşkil edərək tələb olunan texniki parametrlərə uyğun məhsul istehsal etmək;
  Standartların tələblərinə uyğun məhsul istehsal edilməsi, istehsal prosesinin axıcılığının təmin edilməsi;
  İşçi qüvvəsi, avadanlıq, xammal və ərazidən maksimum səmərəli istifadə etmək;
  İstehsalat problemlərinin həllinə, təməl və mühəndis biliklərinin prinsiplərini tətbiq etmək;
  Problemləri müəyyən etmək, həlli yolunu taparaq təqdim etmək;
  Məhsulun və istehsalat üçün gərəkli olan alətlərin, xammalın saxlama şəraitinin düzgün nizamlanması;
  İstehsalat proseslərinin analizi və nəzarətinin, statistik və riyazi üsullarla; simulyasiya və informasiya texnologiyalarının köməyi ilə reallaşdırmaq;
  İstehsal hesabatlarını hazırlamaq və analiz etmək.

Seçim meyarları:

İş təcrübəsi:  Müvafiq sahə üzrə 5 il
Təhsili:  Ali texniki təhsil (Metallurgiya sahəsi üzrə təhsilə üstünlük verilir)
Bacarıqlar:  MS office, Logo proqramını bilməsi əlavə üstünlükdür
Bilməlidir:   Sfero çuqun əritmə 
Dil bilikləri:  Rus və ingilis dilləri

Fərdi keyfiyyətlər

Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Texniki Avadanlıqlar Zavodu
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri:    Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1

Əlavə təminatlar: Bakı şəhərindən nəqliyyat servisi, nahar və telefon limiti

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Mühəndis (metaləritmə)” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.