Mentor (Texniki İngilis dili)

  • Code Academy
  • Elanın qoyulma tarixi: 14.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Vakansiya: Mentor (Texniki İngilis dili)

İşin təsviri:

Texniki İngilis dili tədris müddəti boyunca dərslərdə tam şəkildə iştirak edib tələbələrə mövzularla bağlı əlavə dəstək göstərmək, əlavə məşğələ saatlarının təşkili və icrasını həyata keçirmək, tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək, tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək. Təcrübə proqramı ödənişlidir.

Biz sizə həftədə 4 günlük, gündə 3 saatlıq iş rejimi təklif edirik.
İş saatları: 19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə:

- Hər yaş qrupu ilə işləyə bilmək
- Qrup və individual yanaşma bacarığı
- Müəllimlik işini sevmək
- İngilis dilini bacarıqları mütləqdir
- Pedaqoji təhsil mütləqdir

Axtardığımız qabiliyyətlər:

- Məsuliyyətlilik
- Tələbənin sual verməsini təşviq edə bilmək
- Ünsiyyətcililik
- Gülərüzlülük
- Səbirlilik
- Öyrənməyə açıq olmaq
- Öyrətməyə həvəsli olmaq
- Özünəinam

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə 20% endirimlə giriş imkanı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz rezümelərini göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq.