Kadrlar üzrə baş mütəxəssis

  • Evrostar Cleaning
  • Elanın qoyulma tarixi: 12.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Eurostar Group” şirkətinə təcili  tələb olunur

Kadrlar üzrə baş mütəxəssis

İş barədə məlumat

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə dəyişikliklərini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək və elektron Hökumət Portalına daxil etmək, sosial sığorta şəhadətnamələrini sifariş etmək
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- İşçilərin vaxtında işə gəlib-getməsinə və əmək intizamına əməl etməsinə nəzarət etmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi
- Kadr tələbinin planlaşdırılması
- Vəzifə təlimatlarının hazırlanması
- Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi
- Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi
- İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması
- Kadr bazasının yaradılması
- Şirkət daxili prosedurların hazırlanması
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması
- Əmək qanunvericiliyinə uyğun olaraq vergi və sosial sığorta haqqlarının ödənilməsini təmin etmək,
- Rəhbərliyin tapşırığı ilə digər işləri görmək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftədə 6 gün, həftə içi 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 15:00-dək

Əmək haqqı : 400 -600 azn ( təcrübəyə gorə)

- İş yeri: İçərişəhər

Namizədə tələblər

- Ali təhsilli
- Bu sahədə 1 ildən 3 ilə qədər iş təcrübəsi
- Azərbaycan və rus dili bilikləri, ingilis dili arzuolunandır
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, vergi və sosial sığorta haqqında qanunvericiliyi bilmək
- Microsoft Office və Excell, mühasibat və kadr proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətli və diqqətli
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı
- Problemləri həll etmə bacarığı
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək

CV-lərinizi foto ilə birlikdə [email protected]  elektron ünvana “hr” başlığı altında göndərməyiniz xahiş olunur.( xanım namizədlərə aiddir)

Tel: 055 213 83 52;  +99412 4989829; +99412 4989830;