Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru

İşin təsviri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədilə publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (iqtisadiyyat, beynəlxalq münasibətlər, jurnalistika, ictimaiyyətlə əlaqələr və digər əlaqədar sahələr üzrə);
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
• Yaxşı səviyyədə ingilis və rus dilli bilikləri;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• Operativlik, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək; 
• Müəyyən bank və sığorta xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək; 
• Bank və sığorta xidmətləri ilə bağlı ünvanlanmış müraciətlərin həllində səlahiyyətləri çərçivəsində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək; 
• Daxil olan zənglərin nəticələri və sayları barədə gündəlik, aylıq və illik hesabatlar hazırlamaq; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.