“Crocus Trading” MMC (plastik boru istehsalı zavodu) Marketinq Menecer vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
 Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
 Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; 
 Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
 Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi; 
 Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
 Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi; 
 Qiymət strategiyasının işlənib hazırlanması; 
 Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
 Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi;
 Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi; 
 Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
 Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
 Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
 Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
 Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
 Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
 Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
 Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
Namizədə tələblər:
 Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi;
 İngilis və Rus dili bilikləri.
İş yeri: Dərnəgül Şossesi
İş vaxtı: İ-VI günlər 09 00-18 00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]